İyunun 25-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam etdirilib.
Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Milli Məclisin deputatları – iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı Əlibala Məhərrəmzadə, Mahir Süleymanlı, Azər Badamov, Müşfiq Məmmədli, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, eləcə də Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev imtahanda iştirak edən müəllimlərlə görüşüblər.
Onlar müəllimlərə uğurlar arzulayıb, imtahanda bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr əldə edəcəklərinə inandıqlarını bildiriblər.
Görüş zamanı müəllimlərin peşəkarlığının qiymətləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində sertifikatlaşdırmanın əhəmiyyəti vurğulanıb.