Modern.az

Azər Qasımlı ilə bağlı qərar verildi

Azər Qasımlı ilə bağlı qərar verildi

Aktual

25 İyun 2025, 19:57

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkillər Azər Qasımlının ev dustaqlığına buraxılmasını istəyib.

 

Vəsatət təmin edilməyib. Hazırlıq iclasının davamı iyulun 2-nə təyin edilib.

 

Qeyd edək ki, A.Qasımlı ötən il dekabrın 8-də saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib və barəsində həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?