Modern.az

Sülh müqaviləsini istənilən şəhərdə imzalamağa hazırıq! - Kostanyan

Sülh müqaviləsini istənilən şəhərdə imzalamağa hazırıq! - Kostanyan

Aktual

26 İyun 2025, 15:30

Ermənistan dünyanın istənilən şəhərində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

“Mən inanıram ki, dünyada minlərlə, hətta on minlərlə şəhər var və Ermənistan onların hər hansı birində Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair sənəd imzalamağa hazırdır”, - o qeyd edib.

Nazir müavininin sözlərinə görə, sazişin imzalanması prosesi Ermənistan üçün prioritet olaraq qalır.

O, həmçinin əlavə edib ki, Türkiyə tərəflər arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bildirərək Ermənistan və Azərbaycana kifayət qədər müsbət siqnallar göndərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?