Bu gün Silahlı Qüvvələr Günüdür…
Mən bir şəhidin həyat yoldaşı kimi bu günü qürurla susuram… çünki səsimlə deyil, göz yaşlarımla danışmağı öyrəndim…
Mənim üçün bu gün – uşaqlarıma atalarının qəhrəman olduğunu sübut etmək üçün içimdə qurduğum cəbhədir…
Silahlı Qüvvələr Günü mənim üçün sadəcə təqvimdə qeydli bir tarix deyil…
Bu gün – torpaq uğrunda canından keçənlərin ruhuna baş əydiyimiz gündür…
Bu gün – bir millətin ayağa qalxdığı, şəhidlərinə borclu olduğunu unutmadığı gündür…
Silahlı Qüvvələr Günündə yalnız sevinmirəm… Dua edirəm…
Ordumuza, əsgərlərimizə, komandirlərimizə…
Allah onları qorusun!
Çünki onlar Vətənin nəfəsidir…
Bu gün hamı sevinsin…
Amma unutmasın ki, bu günün arxasında bir qadının susduğu, bir uşağın ataya həsrət qaldığı, bir millətin qanla yazdığı tarix var…
Əzizə Həsənova,
Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı