Azərbaycan Dəmir Yolları (ADY) QSC qeyri-iş günlərində (26-29 iyun) gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
ADY-dən Modern.az-a verilən məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq, iyunun 25-də Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub.
Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla, 100 faiz doluluqla yola düşüb.
Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla, orta hesabla 110 sərnişinə xidmət edir
Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin olunub.