Modern.az

Eldar Əzizov partlayışdan danışdı: Hər halda olmamalıydı...

Eldar Əzizov partlayışdan danışdı: Hər halda olmamalıydı...

Aktual

27 İyun 2025, 08:41

"Hadisənin baş vermə səbəbini birmənalı şəkildə demək indi mümkün deyil".

Modern.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "Azərbaycanfilm" kinostudiyasının həyətində baş verən partlayış və yanğınla bağlı danışarkən deyib.

O qeyd edib ki, ekspertlərin rəyini gözləmək lazımdır:

"Fövqəladə Hallar Nazirliyinin ekspertləri işləyirlər, onlar hadisə yerindədirlər. Yəqin, səhərə yaxın nəsə biləcəyik. Hər halda olmamalıydı, amma oldu da", - Eldar Əzizov hadisə yerində İTV-yə bildirib.

Qeyd edək ki, iyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib. Daha sonra yanğın başlayıb. Yanğın söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi