Modern.az

Xarici vətəndaşlar quru yolla Azərbaycana gəldilər - FOTOLAR

Xarici vətəndaşlar quru yolla Azərbaycana gəldilər - FOTOLAR

Aktual

27 İyun 2025, 17:33

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində bir qrup xarici vətəndaşların təxliyəsi uğurla həyata keçirilib.

Modern.az xəbər verir ki, ABŞ, Çin, Avstraliya, Vyetnam və digər ölkələrin vətəndaşları beynəlxalq humanitar prosedurlara uyğun şəkildə təxliyə olunub. Onlar müvafiq sənəd yoxlamasından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olublar.

Vətəndaşların təhlükəsiz hərəkəti üçün xüsusi nəqliyyat vasitələri ayrılıb və onlar Bakı istiqamətində yola salınıblar.

Təxliyə olunan şəxslər Azərbaycan tərəfinin göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Hazırda da əcnəbi vətəndaşların təxliyəsi ilə bağlı proseslər koordinasiyalı şəkildə davam etdirilir.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Fotolar Azərtac-a məxsusdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər