Modern.az

"AnewZ" Şuşanın turizm potensialı haqqında süjet hazırladı

"AnewZ" Şuşanın turizm potensialı haqqında süjet hazırladı

Aktual

27 İyun 2025, 22:17

Azərbaycanın "AnewZ" telekanalı “Destination” müəllif layihəsi çərçivəsində özünün yutub kanalında Şuşa haqqında şəhərin turizm potensialını ortaya qoyan ikinci material təqdim edib.

Modern.az xəbər verir ki, "Təyinat: Şuşa, Azərbaycan" adlı material dünyanın ən böyük mədəniyyət paytaxtlarından birinin canlı irsi ilə tanış olmağı təklif edir.

Qeyd olunur ki, "Azərbaycan musiqisinin beşiyi" və "Qafqazda incəsənət məbədi" kimi şöhrət qazanan Şuşa haqlı olaraq Azərbaycanın mədəniyyət paytaxtı kimi bərpa edilib, dünya miqyasında Türk (2023) və İslam dünyasının (2024) mədəniyyət paytaxtı kimi tanınıb.

Materialda "Xarıbülbül" Musiqi Festivalına xüsusi diqqət yetirilir, Bülbülün ev muzeyindən və bu yaxınlarda yenidən istifadəyə verilmiş Üzeyir Hacıbəylinin ev muzeyindən kadrlar yer alır.

Daha ətraflı materialda:

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər