Modern.az

Şəhid anası vəfat etdi - FOTO

Şəhid anası vəfat etdi - FOTO

Aktual

28 İyun 2025, 11:16

Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib.

Modern.az xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir şəhərində dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, R.Əhmədov 1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Mingəçevir şəhər 9 saylı tam orta məktəbi bitirib. Orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

2016-ci ilin aprelin 14-də düşmənin silahlı birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olub.

İki övladı yadigar qalıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər