Modern.az

Sabir Rüstəmxanlı əməliyyat olundu - FOTO

Sabir Rüstəmxanlı əməliyyat olundu - FOTO

Aktual

28 İyun 2025, 22:08

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlı Ankarada əməliyyat olunub.

Modern.az xəbər verir ki, bu barədə o, şəxsi hesabında paylaşım edib.

S. Rüstəmxanlı bildirib ki, səhhətində yaranmış narahatlıqla əlaqədar Ankaranın tanınmış uroloji klinikalarından birinə müraciət edib.

Onu köhnə dostu,məşhur uroloq, robotik cərrahiyə üzrə mütəxəssis Lütfi Tunç əməliyyat edib 

Partiya sədri qeyd edib ki, iyunun 25-də Ankara Acıbadem xəstəxanasında Lütfi Tunçun müəllifi olduğu “Omeqa Tunç texnikası” ilə əməliyyat olunub və iki gün sonra, iyunun 27-də evə buraxılıb.

“Ankarada və xəstəxanada olduğum müddətdə davamlı olaraq Lütfi bəyin, onun həkim dostlarının və komandasının təmənnasız diqqət və qayğısını hiss etdim,” – deyə S. Rüstəmxanlı yazır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər