Modern.az

Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI

Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI

Aktual

29 İyun 2025, 11:37

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirə başsağlığı ünvanlayıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, başsağlığında deyilir:

 

"İyunun 28-də Pakistanın Şimali Vəziristan bölgəsində 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi.


Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.


Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.


Allah rəhmət eləsin".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər