Modern.az

İranın Ermənistandakı səfiri azərbaycanlı jurnalistlərə: Təbriz sizin olacaq, onda gedərsiniz

İranın Ermənistandakı səfiri azərbaycanlı jurnalistlərə: Təbriz sizin olacaq, onda gedərsiniz

Aktual

29 İyun 2025, 13:49

Siyasi meydanın titrədiyi, geosiyasi təlütümlərin artdığı zamanda İranın Ermənistandakı səfiri Mehdi Sübhani aranı bir az da qarışdırdı. 

 

O, cəfəng açıqlamaları ilə gündəm yaratmağa çalışdı. Doğrudur, anındaca yalanları ifşa olundu. Amma cənab Sübhanidən söz düşmüşkən onun Azərbaycanda İran səfirliyinin mətbuat xidməti işləyərkən işlətdiyi bir ifadəni nəzərə çatdırmaq istəyirik.

 

Belə ki, təxminən 20 il öncə azərbaycanlı jurnalistlərin İran səfəri təşkil olunubmuş. Və səfərdə Təbrizə gedilməsi nəzərdə tutulmayıbmış.

 

Hava limanında bundan xəbər tutan jurnalistlər Mehdi Sübhanidən Təbrizin də gedəcəkləri yerlər sırasında olmasını xahiş ediblər.

 

Buna cavab olaraq Sübhani bildirib ki, "Təbrizi neyləyirsiniz, onsuz da sizin olacaq, onda gedərsiniz".

 

Həmin səfərdə iştirak edən Mətbuat Şurasının sədri Rəşad Məcid geri döndükdən sonra ərsəyə gətirdiyi "Dəlicəsinə" kitabında Sübhaninin dediklərini dərc edib.

 

Üstündən 10 ildən artıq vaxt keçəndən sonra Mehdi Sübhani Rəşad Məcidlə qarşılaşıb. Bildirib ki, kitabda Təbrizlə bağlı qeyd etdiyi məqam onun kariyerasında ciddi problemlər yaradıb.

 

 

Elnur Əmirov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər