“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara ictimai diqqətin artırılması” layihəsinin icrasını uğurla başa vurub.
Layihənin icrası dövründə 20 nəfər xüsusi qayğıya ehtiyacı olan uşağa intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunub.
Layihənin rəhbəri Aynur Əliyeva bildirib ki, həyata keçirilmiş reabilitasiya məşğələlərinə cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilir, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artıb, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranıb. Bir çox nitq qüsuru olan uşaqlarda müsbət nəticə əldə olunub. Mərkəzin fəaliyyətindən bəhrələnən uşaqlardan autizm, daun sindromu, əqli gerilik və nitq qüsuru çoxluq təşkil edib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliyyət göstərməsində mühüm əhəmiyyət kəsb edib.