Modern.az

Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ oldu

Aktual

30 İyun 2025, 09:20

İyunun 30-da gecə saatlarında Ermənistanda zəlzələ olub.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi Ermənistanın coğrafi koordinatları ilə Martuni şəhərindən 8 km şimal-qərbdə, 10 km dərinlikdə 2,2 bal gücündə zəlzələ qeydə alıb. 

Episentr zonasında zəlzələnin intensivliyi 2-3 bal olub.

Zəlzələ Geqarkunik rayonunun Martuni şəhərində, həmçinin Yeranos, Liçk və Zolakar kəndlərində 2 bal gücündə hiss olunub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu