Fransa prezidenti Emmanuel Makronun Ermənstan baş naziri Nikol Paşinyana dəstək bəyanatı erməni müxalifətini məyus edib.
Modern.az xəbər verir ki, “Daşnaksütyun” partiyasının nümayəndəsi, “Ermənistan” parlament fraksiyasının deputatı İşxan Saqatelyan Makronun bəyanatından təəssüfləndiklərini vurğulayıb.
O bildirib ki, makronun dəstəyi Ermənistanda yaranan avtoritar sistemi ruhlandırır.
“Hörmətli prezident Emmanuel Makron!
Sizin Nikol Paşinyana dəstəyiniz demokratiyaya deyil, Ermənistanda avtoritar rejimin güclənməsinə və regionda yeni tiranın meydana çıxmasına töhfə verir”,- Saqatelyan qeyd edib.
Onun fikrincə, beynəlxalq münasibətlərdə bu cür bəyanatlar ümumiyyətlə ölkənin daxili işlərinə qarışmaq kimi qəbul edilir.