Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.
Bu barədə Modern.az-a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.
Seyfəddin Hüseynlinin sözlərinə görə, təyyarənin bu gün saat 19:30-20:00 radələrində Bakıya çatması gözlənilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında OMON-çular Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı azərbaycanlı Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.