Modern.az

Azərbaycanda 737 uşaq övladlığa verilib

Azərbaycanda 737 uşaq övladlığa verilib

Aktual

30 İyun 2025, 12:16

Bu günədək 737 uşaq övladlığa verilib.

Modern.az xəbər verir ki, "Report" bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova istinadən məlumat yayıb.

Vüqar Behbudovun sözlərinə görə, onlardan 371-i oğlan, 186-sı qızdır.

V.Behbudov həmçinin bildirib ki, bu günədək 49 uşaq himayədar ailəyə verilib:

"Onlardan 19-u oğlan, 30-u qızdır. Son beş ildə 728 uşaq isə sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb".

Agentlik sədri vuğulayıb ki, valideyn himayəsindən məhrum olmuş 40 uşağın, 2026-cı ildə isə daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsinin həyata keçirilməsi planlaşdırılır:

"2025-ci il üzrə 165, 2026-cı il üzrə isə daha 165 uşağın övladlığa verilməsi nəzərdə tutulub".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu