Modern.az

“İstisu” mineral su zavodunun gəlirləri açıqlandı

“İstisu” mineral su zavodunun gəlirləri açıqlandı

Aktual

30 İyun 2025, 16:43

Bu ilin yanvar-may aylarında Kəlbəcərdə yerləşən "İstisu" mineral su zavodundan 366,2 min ABŞ dolları dəyərində ixrac həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.

Qeyd edək ki, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb.

26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub.

2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalına başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu