Modern.az

Eks-nazir Bakıda saxlanılan Rusiya agentlərindən danışdı: Trollar ola bilər

Eks-nazir Bakıda saxlanılan Rusiya agentlərindən danışdı: Trollar ola bilər

Aktual

30 İyun 2025, 17:22

Daxili İşlər Nazirliyi "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) əməliyyat keçirib. Əməliyyat zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.

"Rusiyadan Azərbaycana qarşı informasiya hücumlarının həyata keçirildiyi aydındır"

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya tərəfindən Azərbaycana qarşı informasiya hücumlarının edildiyinin aydın olduğunu bildirib:

“Onun hədəfi təkcə Azərbaycan əhalisi yox, ilk növbədə Rusiya ictimaiyyətidir. Orada bu və ya digər şəkildə gələcək hansısa addımlar üçün propaqanda mühiti yaradılmalıdır. İnformasiya hücumlarını həyata keçirən müəyyən strukturlar var. Bu strukturların biri də bəllidir ki, Azərbaycanda “Sputinik Azərbaycan”dır. Bu strukturların neytrallaşdırılması məntiqidir”.

T.Zülfüqarov səfir kimi çalışdığı dövrdə Baltikyanı ölkələrdəki Rusiya səfirliklərinin nəzdində xüsusi şəbəkələrin olduğunu deyib:

“Mən vaxtilə Baltikyanı ölkələrdə səfir kimi çalışmışam. Öz təcrübəmdən bilirəm ki, Rusiya səfirliyinin nəzdində xüsusi şəbəkə vardı. Onlar sosial şəbəkələrdə bu və ya digər Rusiya siyasətinə məxsus məlumat və ideyaları təbliğ edirdilər. Şərhlər yazırdılar. Bu da informasiya müharibəsinin bir növüdür. Yəni sizə məxsus olan mövqelər, təbliğatların ictimaiyyətdə yayılması üçün belə üsullardan istifadə olunur. Onlara bəzən trol deyirlər. Bu insanlar hansısa maraqlara görə tbliğat aparırılar. Mən bilirdim ki, bizə qarşı da təbliğat aparırdılar. 10 il bundan qabaq  Rusiya aktiv şəkildə Ermənistanın Azərbaycana qarşı müharibədə tezislərin yayılmasında bu strukturları istifadə edib. Ermənilər olmaya-olmaya bu strukturların trolları bizə qarşı təbliğat aparırdılar. İndiki mərhələdə bəllidir ki, bunun rəhbərləri həm Moskvada, həm də yerlərdə mövcuddur. Azərbaycanda olan şəbəkə barədə mən deyə bilmərəm. Çünki bu məsələdə səlahiyyətim yoxdur. Öz xidmət etdiyim Baltikyanı ölkələrdə mən dəqiq bilirdim ki, kim necə idarə olunur. Çünki bizə qarşı Ermənistaanın xeyrinə təbliğat aparırdılar”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu