Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılıb.
Modern.az xəbər verir ki, xəbəri ilk olaraq Gününsəsi.info yayıb. Məlumata görə, o, Prezident Katibliyinin rəisi təyin olunub.
"Unikal"ın məlumatına görə, Prezidentin Təhlükəsizlik Xidmətinə Fərid Əsgərov rəis təyin edilib.
F.Əsgərov bu təyinatadək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini idi.
General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.
16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Bu ilin martında onun 74 yaşı tamam olub.