Modern.az

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi kimdir: polkovnik, karateçi...

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi kimdir: polkovnik, karateçi...

Aktual

30 İyun 2025, 17:52

Xəbər verildiyi kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Artıq onun yerinə təyinat da olub.

Belə ki, indiyədək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini postunu tutan Fərid Əsgərov yeni vəzifədə Bəylər Eyyubovu əvəzləyəcək.

Modern.az xəbər verir ki, Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi Fərid Əsgərovun polkovnik rütbəsində olduğu bildirilir.

Fərid Əsgərov 2007-2023-cü illərdə Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti postunu tutub.

O, daha əvvəl "Paşa Holdinq"də işləyib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu