Tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatların meyitlərin üzərində olan əlamətlərlə uyğun olmadığının şahidi olduq.
Modern.az Trend-ə istinadən verir ki, bunu Seyfəddin Hüseynli jurnalistlərə açıqlamasında deyib.
S. Səfərov qeyd edib ki, tanınma prosesində Rusiya tərəfinin yaydığı məlumatların meyidlərin üzərində olan əlamətlərlə uyğun olmadığının şahidi olub:
"Rusiyada güc strukturları tərəfindən işgəncələrə məruz qalaraq həyatını itirmiş 2 azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov cənazəsini H. Əliyev adına hava limanında təhvil aldıq. Dövlətimiz bununla bağlı çox böyük qətiyyət göstərdi, ciddi addımlar atıldı. Qısa bir zamanda cənazələr vətənimizə gətirildi. Cənazələrin qarşılaşmasında bir izdiham vardı. İnsanlar öz kədərini və qəzəbini bildirirdilər".
Onun sözlərinə görə, ondan sonra Azərbaycanda yüksək peşəkar heyət tərəfindən təşkil olunan məhkəmə tibbi ekspertiza prosesi aparıldı.
"Nəşlərin tanınmasında özüm bir başa iştirak etdim. Qısaca bunu qeyd edim ki, istintaq orqanlarının işinə qarışa bilmərəm, amma gözümün şahidiyəm ki, qardaşlarımın nəşinin vəziyyəti, onların bədənindəki ağır işgəncə izləri və çoxsaylı öldürücü işgəncə əlamətləri tam əminliklə göstərdi və bunu böyük ağrı hissi ilə qarşıladım. Onlar böyük işgəncələrlə bu vəziyyətə salınıblar", - o əlavə edib.