Modern.az

Qəbələdə meşədə köməksiz qalan şəxs xilas olunu - VİDEO

Qəbələdə meşədə köməksiz qalan şəxs xilas olunu - VİDEO

Aktual

1 İyul 2025, 10:06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü Məmmədov Orxan İkram oğlunun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu