Modern.az

Rüstəm Xəlilov sakinlərin problemlərini dinləyib

Rüstəm Xəlilov sakinlərin problemlərini dinləyib

Aktual

1 İyul 2025, 13:55

Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Salyan rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2025-ci ilin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən Düzənlik kəndində səyyar görüş keçirilib.

Modern.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, kanalizasiya sisteminin yenidən qurulması, asfalt-beton örtüyünün vurulması işləri və sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

RİH başçısı qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu