Modern.az

Qərb Rusiyanı Ermənistan-Azərbaycan məsələsindən uzaqlaşdırmağa çalışır

Qərb Rusiyanı Ermənistan-Azərbaycan məsələsindən uzaqlaşdırmağa çalışır

Aktual

1 İyul 2025, 14:30

Qərb dövlətləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Rusiyanın iştirakını məhdudlaşdırmaq üçün əllərindən gələni edirlər.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk deyib.

"Qərb Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən sıxışdırıb çıxarmağa çalışır. Bu, tərəfləri tələsik sülh sazişi bağlamağa vadar edir", - o, "Maşuk" Bilik Mərkəzində Qorçakov Fondunun "Qafqaz dialoqu" elmi-maarifləndirici proqramının açılışında bildirib.

Masyukun fikrincə, özünü vasitəçi adlandıranların bu cür birtərəfli və səthi yanaşması məsələyə kömək etmir.

“Biz Bakı və İrəvanın 2020 və 2022-ci illərdə ən yüksək səviyyədə ikitərəfli sazişlər toplusu əsasında münasibətlərin tamhüquqlu hərtərəfli normallaşmasına yönəlmiş səylərini ardıcıl olaraq dəstəkləyirik”, - o vurğulayıb.

“Məhz bu formatda iki ölkə arasında barışıq üçün optimal yol xəritəsi hazırlanıb”.

Diplomat həmçinin qeyd edib ki, Rusiya tərəfi sülh müqaviləsi layihəsinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır və bu tarixi sənədin imzalanması üçün öz platformasını təklif edib.

“Biz bunu regionda sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm addım kimi görürük”, - Masyuk bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu