Modern.az

Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitdi

Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitdi

Aktual

1 İyul 2025, 17:50

Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın hakimlik fəaliyyətinə son qoyulub.

Modern.az xəbər verir ki, qiymətləndirmə nəticəsində Sülhanə Hacıyevanın səlahiyyət müddəti uzadılmayıb.

Qeyd edək ki, Hacıyeva Sülhanə Sərdar qızı 1 iyul 2022-ci ildə Prezident İlham Əliyevin bir sıra birinci instansiya məhkəmələrinə hakimlərin təyin edilməsi haqqında Sərəncamına əsasən Xətai rayon Məhkəməsinin hakimi təyin olunub.

Artıq onun 3 illik səlahiyyət müddəti bitib. S. Hacıyeva növbəti müddətə hakim təyin olunmayıb.

Prezident İlham Əliyev bu gün bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilməsi barədə sərəncam imzalayıb.

Xatırladaq ki, qanuna əsasən, hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Təyin olunduqdan dərhal sonra onlar peşə hazırlığı məqsədilə müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilmiş qaydada təlimə cəlb edilirlər. 3 illik müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək - 66 yaşınadək uzadılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu