Modern.az

İşgəncələrə məruz qalan şəxs Azərbaycana qayıdıb - Ekspertiza təyin olunub

İşgəncələrə məruz qalan şəxs Azərbaycana qayıdıb - Ekspertiza təyin olunub

Aktual

2 İyul 2025, 11:02

Rusiyanın əməliyyat axtarış qurumlarının əməkdaşları tərəfindən ən azı 14 nəfərin saxlanması, saxlanılan şəxslərdən 2 nəfər istisna olmaqla 12 nəfərin Azərbaycan vətəndaşı olması, onlardan ən azı 7 nəfərə qarşı fiziki zorakılıq və işgəncələrin tətbiqi müəyyən edilib.

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib, iki nəfərin Yekaterinburqda yerləşən xəstəxanalarda müalicəsi davam etdirilir, 1 nəfər Azərbaycana qayıdıb: "Onun barəsində tibbi ekspertiza təyin olunub. Digər 2 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 1-i isə buraxılıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu