Modern.az

Ersin Tatar Bakıdadır - GÖRÜNTÜLƏR

Ersin Tatar Bakıdadır - GÖRÜNTÜLƏR

Aktual

2 İyul 2025, 11:42

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfərə gəlib.

Modern.az-ın məlumatına görə, qonağı Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıblar.

Onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub.

Eyni zamanda E.Tatarın səfər çərçivəsində bir sıra tədbirlərə qatılacağı gözlənilir.

Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu