Modern.az

Avtobuslarda kondisioner problemi niyə həll olunmur...

Avtobuslarda kondisioner problemi niyə həll olunmur...

Aktual

2 İyul 2025, 14:58

Yay fəslinin qızmar istiləri və havanın temperaturunun kəskin yüksəlməsi səbəbindən paytaxt avtobuslarında kondisioner problemi yenidən gündəmə gəlib. Belə ki, ictimai nəqliyyatda fəaliyyət göstərən bir çox avtobusda kondisioner sistemləri ya ümumiyyətlə işləmir, ya da sürücülər tərəfindən işə salınmır. Bu isə gündəlik olaraq avtobuslardan istifadə edən sərnişinlər üçün ciddi narahatlıq yaradır. 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında bildirib ki, məsələni həll etmək üçün brutto müqavilələrə keçid təmin olunmalıdır:

“Daşıyıcılara hər kilometrə görə subsidiya verilməli və daha sərt tələblər qoyulmalıdır. Hazırda daşıyıcılar yalnız öz imkanları hesabına müəyyən tədbirlər görürlər, lakin bu, uzunmüddətli dayanıqlılıq üçün bir o qədər də kifayət etmir”.

Ekspert onu da vurğulayıb ki, avtobus daşımaları şəhərdə ən yüklənmiş nəqliyyat növüdür və bu cür problemlərin baş verməsi bu səbəblə gözləniləndir:

“Lakin dayanıqlı sistem üçün yük paylanmalı, digər nəqliyyat növləri inkişaf etdirilməli, mövcud avtobuslara isə ayrılmış zolaqlar genişləndirilməlidir. Bundan əlavə, maliyyə dayanıqlılığı təmin olunması da vacibdir ki, bu istiqamətdə ehtimal edilən risklər minimuma endirilə bilsin”.
 

Aytac Bəhruzqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu