Modern.az

Sarkisyana qarşı yeni cinayət işi açıldı

Sarkisyana qarşı yeni cinayət işi açıldı

Aktual

2 İyul 2025, 14:45

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni cinayət ittihamı irəli sürülüb.

Modern.az xəbər verir ki, bu haqda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Cinayət işi Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.

S.Sarkisyan xüsusilə külli miqdarda rüşvət almaqda və qanunsuz olaraq sahibkarlıq fəaliyyətində iştirakda ittiham olunur.

Qeyd olunur ki, sabiq dövlət başçısı 2000-2018-ci illərdə Ermənistanın müdafiə naziri, baş nazir, prezident, daha sonra isə baş naziri vəzifələrində çalışarkən kommersiya təşkilatları yaradıb.

Belə ki, o, dostu Mixail Bağdasarov vasitəsilə Ararat rayonunun Surenavan icmasında bitum zavodunun tikintisində iştirak edib. Üstəlik, xarici investisiyalar hesabına.

Hazırda Sarkisyan xüsusilə külli miqdarda rüşvət almaqda və qanunla müəyyən edilmiş qadağaya zidd olaraq qanunsuz olaraq sahibkarlıq fəaliyyətində iştirakda ittiham olunur.

Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı məhkəməyə təhvil verilmiş daha bir cinayət işini elan edib. Qeyd olunub ki, 2008-ci ilin fevralında Sarkisyan baş nazir postunu tutarkən baş köməkçisi (qeyri-rəsmi məlumata görə, bu, eks-prezidentin kürəkəni Mikael Minasyan olub) ilə birlikdə 2,9 milyon dollar rüşvət alıb. Bunun müqabilində onlar Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100%-nin xarici investora satılmasına əngəl yaratmayacağına dair öhdəlik götürüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu