Modern.az

Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib - Peskov

Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib - Peskov

Aktual

2 İyul 2025, 15:42

Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov Azərbaycan və Ukrayna prezidentləri arasında baş tutan telefon danışığını şərh edib.

Modern.az xəbər verir ki, o bu zaman Rusiyanın heç vaxt Azərbaycanı təhdid etmədiyini, indi də etmədiyini bildirib.

"Ukrayna odun üstünə yağ tökmək, Azərbaycan tərəfini emosional hərəkətləri davam etdirməyə təhrik etmək üçün əlindən gələni edəcək. Bunu proqnozlaşdırmaq çox asandır. Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir",- Peskov deyib.

O, qeyd edib ki, Yekaterinburqdakı həbslər Rusiya ərazisində Azərbaycan vətəndaşlarına qarşı da daxil olmaqla cinayətlərin istintaqı çərçivəsində həyata keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu