Modern.az

10 vəkil cəzalandırıldı, birinin fəaliyyəti dayandırıldı

10 vəkil cəzalandırıldı, birinin fəaliyyəti dayandırıldı

Aktual

2 İyul 2025, 16:07

İyulun 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Modern.az-ın məlumatına görə, iclasda VK sədrinin müavinləri tərəfindən regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərlə bağlı keçirilmiş monitorinqlərin nəticələri müzakirə edilib. Bildirilib ki, aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bu nöqsanların qısa müddətdə aradan qaldırılması tapşırılıb, eyni zamanda monitorinq mexanizmlərinin gələcəkdə daha da gücləndirilməsi qərara alınıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 4 vəkilə irad tutulub və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu