Modern.az

Azərbaycan Özbəkistanın imicinin artmasına ürəkdən sevinir 

Azərbaycan Özbəkistanın imicinin artmasına ürəkdən sevinir 

Aktual

2 İyul 2025, 18:04

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı vurğulayıb: “Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Biz, dost və qardaşlar olaraq buna ürəkdən sevinirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu