02 iyul 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 2 İyul-“Azərbaycan Polisi Günü” və Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Rasim Musabəyov, Binəqədi Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon Mühafizə İdarəsnin rəisi- polis polkovniki Rəşadət Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Polis İdarəsinin məsul əməkdaşları, veteran polis əməkdaşları, qazilər iştirak etdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, azadlığı, müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının, polis əməkdaşlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ölkəmizin bütün ərazilərində yüksək peşəkarlıqla dövlətə, xalqa xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edərək qeyd etdi ki, Azərbaycanın daxili işlər orqanlarının həqiqi inkişafı, onların milliləşdirilməsi biləvasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı göstərilməyə, xalqa və xidməti vəzifəsinə sədaqətli olan kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə, onların peşəkarlıqlarının təkmilləşdirilməsinə diqqət artırılmağa başlanmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev siyasətini əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli inkişaf strategiyasında da daxili işlər orqanlarına diqqət, daxili işlər orqanlarında fəaliyyət göstərən əməkdaşların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması, xidməti vəzifələrini layiqincə yerinə yetirən əməkdaşların mükafatlandırılmasına diqqət xüsusi yer tutur.
Növbəti çıxış edən millət vəkili Kəmaləddin Qafarova polis əməkdaşlarını təbrik edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 2 iyul tarixi “Azərbaycan Polisi Günü” elan olunub. Ümummilli lider Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu addımlar Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə özünü göstərdi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında daxili işlər orqanları əməkdaşlarının ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişaf və davamlılığın, demokratiyanın bərqərar olmasında mühüm rol oynadığını qeyd edərək bildiridi ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını Vətən müharibəsində, antiterror əməliyyatları zamanı nümayiş etdirərək doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirdilər, qəhrəmanlıq salnaməsi yaratdılar.
Binəqədi Rayon Polis İdarəsinin rəisi-polis polkovniki İlqar Məmmədov daxili işlər orqanları əməkdaşlarının hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə bütün güvvə və bacarıqları ilə dövlətimizə xidmət edəcəklərini qeyd etdi.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının imzaladığı “Fəxri Fərman”la təltif olundu.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının xalq artistləri-Teyyub Aslanovun, Gülyaz Məmmədovanın, Gülyanaq Məmmədovanın, əməkdar artist Nurlan Növrəslinin, İlhamə Qasımovanın, Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səsləndi, “Odlar yurdu” rəqs ansamblının gözəl rəqsləri nümayiş olundu.
Sonda xatirə şəkli çəkildi.