Sabunçu və Suraxanı rayonunda bir neçə küçənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz"dan Modern.az-a verilən məlumata görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində və Suraxanı rayonu, Hövsan qəsəbəsində təmir-quraşdırma işləri ilə əlaqədar 03.07.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Zabrat qəsəbəsinin Yeni sahə, Vidadi , 1 May küçələrinin, Hövsan qəsəbəsinin isə Məktəbli küçəsinin qaz təchizatında fasilə yaranacaq.