Modern.az

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat aldı

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat aldı

Aktual

3 İyul 2025, 11:32

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

Modern.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun “Dinamo-Minsk” və Bolqarıstanın “Ludoqorets” komandaları arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 16-da Macarıstanın Mezököveşd şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, komandaların ilk oyunu iyulun 9-da Bolqarıstanda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu