Modern.az

Ermənistan parlamentində dava düşdü

Ermənistan parlamentində dava düşdü

Aktual

3 İyul 2025, 13:16

Ermənistan parlamentində deputat Ovik Ağazaryanın enerji şəbəkələrinin və kommunal xidmətlərin özəlləşdirilməsini müdafiə edən çıxışından sonra qalmaqal yaranıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ağazaryanın sözlərinə görə, İrəvan Konyak Zavodu özəlləşdirilməsəydi, bu gün ölkədə üzümçülük olmayacaqdı.

O, həmçinin əlavə edib ki, bu gün çoxları “Veolia Djur” şirkətindən narazıdır, lakin su təchizatı sistemi özəl sektora verilməsəydi, ölkədə su qıtlığı yaranardı.

Bu bəyanatlar onun hakim “Mülki müqavilə” fraksiyasındakı keçmiş həmkarlarının sərt reaksiyasına səbəb olub. Xüsusən də bu çıxışdan qəzəblənən deputat Arman Eqoyan ucadan qışqırıb: “Ayıb olsun!”.

Parlamentin vitse-spikeri Akop Arşakyan Eqoyanı qaydalara riayət etməyə çağırsa da, zalda vəziyyət gərginləşib.

Baş verənlərə cavab olaraq Ovik Ağazaryan hakim partiyadan olan deputatlara tərəf butulka atıb.

Bundan sonra deputat Tiqran Parsiliani Ağazaryana qışqırıb: “Get rədd ol!”

Nəticədə vitse-spiker Arşakyan Ağazaryanın iclas zalından çıxarılmasına göstəriş verib və onun bugünkü iclasda iştirakını qadağan edib və Arman Eqoyana isə xəbərdarlıq olunub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu