Rusiya və Azərbaycanın Baş prokurorluqları cari gündəm üzrə mütəmadi əlaqə saxlayır, prioritet hər iki ölkə vətəndaşlarının hüquqlarının müdafiəsidir.
Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
"Rusiya və Azərbaycanın Baş prokurorluqları təmasdadır və cari gündəm üzrə mütəmadi olaraq əlaqələr saxlayır. Hər iki ölkə vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi prioritet məsələdir. Mümkün eyhamların qarşısını almaq üçün nəzarət orqanlarının rəhbərləri tabeliyində olan şəxsləri kompleks qabaqlayıcı tədbirlərin görülməsinə yönəldiblər", - Baş Prokurorluq vurğulayıb.