Modern.az

Paşinyan yenə II Qaregini istefaya çağırdı

Paşinyan yenə II Qaregini istefaya çağırdı

Aktual

3 İyul 2025, 17:37

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə bütün ermənilərin katalikosu II Qaregini (Ktriç Nersisyan) istefaya çağırıb

Modern.az xəbər verir ki, Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb:

“2020-21-ci illərdə Ktriç Nersisyan hakimiyyəti istefaya çağırdı. Bundan sonra beynəlxalq ictimaiyyət tərəfindən azad, demokratik, rəqabətli kimi qiymətləndirilən növbədənkənar parlament seçkilərində xalq hakim komandaya səs verdi.

Bu həm də xalqın kilsəni işğal edənlərə olan etibarsızlığı demək idi.

2025-ci ilin iyun ayında Ana Məbədin zəngləri toplaşmaq çağırışı ilə çalındı. İndiki ruhanilərin və yığılan vətəndaşların sayı 1500-ü keçməyib.

Ktriç Nersisyanın bir dəqiqə əvvəl kilsəni boşaltması barədə daha bir arqument. Başqa çarə yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu