Modern.az

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Aktual

3 İyul 2025, 19:22

İyulun 3-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

 

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.

 

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu