Ötən gecə Rusiya raket və pilotsuz təyyarələrlə Ukraynaya kütləvi hücum edib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, əsas zərbə paytaxt Kiyevə və Kiyev bölgəsinə dəyib. Bir çox ərazilərdə yanğınlar baş verib, təlafat var.
Həkimlərin sözlərinə görə, hazırda düşmənin paytaxta hücumunun qurbanlarının 23 nəfəri məlumdur. Onlardan 14-ü xəstəxanaya yerləşdirilib. Digərləri ambulator və ya yerində yardım allblar.
Daxili İşlər Nazirliyi ölənlər arasında 10 yaşlı qızın da olduğunu bildirib.
Fövqəladə Hallar Dövlət Xidməti paytaxta hücumun nəticələrini göstərib və dağıntıların təfərrüatlarını verib.
Xüsusilə Solomenski rayonunda 5 mərtəbəli bina hücum nəticəsində qismən dağılıb. 7 mərtəbəli binanın damında 2000 kvadratmetr sahədə yanğın baş verib. Həmçinin anbar binasında, texniki xidmət stansiyasının və qaraj kooperativinin ərazisində yanğınlar baş verib. Çoxlu mülki infrastruktur zədələnib.
Svyatoşinski rayonunda 14 mərtəbəli yaşayış binası yanıb. Avtomobillər də yanıb.