Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Bakıya dəvət edilib.
Modern.az-ın məlumatına görə, diplomatlar xarici işlər naziri və nazir müavinləri ilə görüşəcəklər.
Görüş zamanı geosiyasi vəziyyət müzakirə ediləcək.
Qeyd edək ki, iyulun 9-da diplomatların peşə bayramıdır. Hər il bu məqsədlə diplomatlar Bakıya toplaşırlar.