Bu gün axşam mərhum ilahiyyatçı Hacı Şahinin mövlud günü ilə əlaqədar ehsan veriləcək.
Bunu Modern.az-a açıqlamasında Hacı Şahinin qardaşı Hacı Elçin Həsənli bildirib.
“Hacı Şahinin mövlud günü bu gündür. Axşam tədbir keçiriləcək, İmam Hüseyn məclisi olacaq, ehsan veriləcək. Məclis "Baxçasaray"da olacaq. Mərasimdə yalnız ailə üzvlərimiz və yaxın adamlar iştirak edəcəklər”,- o deyib.
Hacı Elçin Həsənli qeyd edib ki, Hacı Şahinin yerini doldurmaq mümkün deyil.
Hacı Şahinin qardaşı həmçinin söyləyib ki, mərhumun dost-tanışları onun ailəsi ilə mütəmadi maraqlanır. O, ilahiyyatçının övladları barədə də danışıb:
“Hacı Şahinin böyük qızı universiteti bitirib, magistraturada oxuyur, həm də işləyir. Öz ixtisası üzrə, lizinq şöbəsində çalışır. Oğlu da IV kursda oxuyur, hələ universiteti bitirməyib. Mərhumun ailəsinin maddi köməyə ehtiyacı yoxdur, ancaq mənəvi dəstək verə bilərlər. Dostları, tanışları maraqlanırlar, Allah canlarını sağ eləsin. Qəbirüstü abidəsi ilə bağlı isə deyim ki, işlər tam başa çatdırılıb”.