Modern.az

Azad olunmuş ərazilərdə ilk dəfə kənd təsərrüfatı üzrə siyahıyaalınma keçiriləcək

Azad olunmuş ərazilərdə ilk dəfə kənd təsərrüfatı üzrə siyahıyaalınma keçiriləcək

Aktual

7 İyul 2025, 16:04

Kənd təsərrüfatı sahəsində qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan siyahıyaalınma ölkəmizdə cari il iyul ayının 15-dən avqustun 15-dək keçiriləcək.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, dövlət müstəqilliyinin bərpasından sonra keçən dövr ərzində Azərbaycanın kənd təsərrüfatı uğurlu inkişaf yolu keçmiş, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı xeyli artmış, əsas məhsullar üzrə ərzaq təhlükəsizliyi təmin olunub.

On ildən bir aparılan siyahıyaalma ilə ölkəmizin tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilər də əhatə olunacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi