Modern.az

Azərbaycanda havanın temperaturunun yüksələcəyi gözlənilir

Azərbaycanda havanın temperaturunun yüksələcəyi gözlənilir

Aktual

7 İyul 2025, 16:45

Ölkə ərazisində son günlər  müşahidə olunan nisbətən sərin və qeyri-sabit  hava şəraiti ölkəmizə daxil olan şimal axınlarının təsiri ilə bağlıdır. 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, iyul ayının birinci ongünlüyünün sonlarınadək əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var:

“Həftənin ikinci yarısından başlayaraq ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Maksimal temperaturun Aran rayonlarında 39, Bakıda və Abşeron yarımadasında, eləcə də dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı ehtimal olunur”.

G.Məmmədovanın sözlərinə görə, müşahidə olunan hava şəraiti qlobal iqlim dəyişmələrinin reğional təzahürləri kimi xarakterizə olunur.

Aytac Bəhruzqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi