Modern.az

Nizami rayonunda oğurluq edənlər saxlanıldı

Nizami rayonunda oğurluq edənlər saxlanıldı

Aktual

7 İyul 2025, 17:10

Nizami rayonunda oğurluq edən 2 şəxs saxlanılıb.

Bu barədə Modern.az-a  DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu ərazisində yerləşən dayanacaqların birindən “Toyota” markalı avtomobilin 7980 manat dəyərində ehtiyat hissələri oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Məmmədov saxlanılıb.

Rayon ərazisində yerləşən mağazaların birindən 1170 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 63 yaşlı Ş.İmanquliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi