Modern.az

Yeni hakimlər kollektivə təqdim olundular

Yeni hakimlər kollektivə təqdim olundular

Aktual

7 İyul 2025, 18:34

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və Rəşid Rzayev kollektivə təqdim olunub. 

 

Modern.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yeni hakimləri vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu təyinatın hüquq ictimaiyyəti üçün önəmini vurğulayıb. 

 

Təyin edilən hakimlər gələcək hakimlik fəaliyyətlərində hüququn aliliyinin təmin edilməsi naminə səylərini əsirgəməyəcəklərini, yüksək hakim adını qorumaqla, onlara göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını ifadə edərək, üzərilərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi