Modern.az

Bakıda qadının evində 10 kq narkotik aşkarlandı - GÖRÜNTÜ

Bakıda qadının evində 10 kq narkotik aşkarlandı - GÖRÜNTÜ

Aktual

8 İyul 2025, 12:28

Xəzər rayonunda qadından 10 kq narkotik vasitə aşkarlanıb.

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

S.Teymurova ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi