ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmi Bryus Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişinin imzalanacağına ümid etdiyini bildirən dövlət katibi Marko Rubionun bəyanatına toxunub.
Modern.az-ın məlumatına görə, Temmi Bryus dövlət katibinin bu bəyanatı verməsinin vacib olduğunu vurğulayıb.
"İştirak etdiyimiz çoxsaylı razılaşmalar, atəşkəslər və dəyişikliklərdən məmnunuq. Dövlət katibinin bunu deməyə əsasları var idi".
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio dünən Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib:
“Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi kifayət qədər tez bir zamanda əldə olunacaq”.