İran prezidenti Məsud Pezeşkian deyib ki, bəzi qonşu ölkələrin İsrailin hücumlarını dəstəkləməsi ilə bağlı yayılan xəbərlər İranın təhlükəsizlik xidmətləri tərəfindən təsdiqini tapmayıb.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi İran mediasına istinadən məlumat yayıb.
Məlumata görə, Pezeşkian Gilan Əyalət İnzibati Şurasının iclasında çıxış edərək, İranla bağlı İsrail mövzusuna toxunub.
“Bəzi şayiələrin əksinə olaraq, ölkəmizin təhlükəsizlik qurumları qonşularla İsrail arasında hər hansı hərbi əməkdaşlıq əlamətini təsdiq etməyib və hətta onlardan bəziləri bizə zəruri ləvazimatlar göndərməyə hazır olduqlarını bəyan ediblər”, - deyə İran prezidenti bəzi qonşu ölkələrin İrana hücumlarda İsraili dəstəklədiyi barədə ittihamları şərh edərkən bildirib.